
Caspian Energy Group 2005-ci ildə təsis edilmişdir və hazırda respublikamızın iri inşaat materialları idxalçılarından biridir. Şirkətin 15 000 m² açıq və 5 000 m² qapalı anbar sahələrində hər zaman 400-dən çox çeşiddə yüksək keyfiyyətli izolyasiya və inşaat materialları saxlanılır.
Caspian Energy Group inşaat sektoru üzrə fəaliyyət göstərən
TechnoNIKOL, Penoplex, İzocam, Latonit və Kronospan kimi tanınmış dünya brendlərinin Azərbaycanda rəsmi nümayəndəsidir.
Şirkətimiz fəaliyyət göstərdiyi
21 il ərzində müştərilərini stabil şəkildə keyfiyyətli izolyasiya və inşaat materialları ilə təmin edərək 2 000-dən çox müştərinin etimadını qazanmış və etibarlı tərəfdaşa çevrilmişdir.
Son illərdə dövlətimizin sahibkarlığa və yerli istehsala göstərdiyi dəstəyi nəzərə alaraq, şirkətimiz yerli istehsal sahələrinin yaradılması istiqamətində aktiv fəaliyyətə başlamışdır. Hazırda üç müxtəlif istiqamətdə istehsal fəaliyyətimiz mövcuddur:
CPS markası altında alçıpan profilləri və aksesuarları fabriki,
Euroizol markası altında fasad dübelləri fabriki və
CEG markası altında plastik meyvə yeşikləri fabriki.
Bundan sonra da istehsal istiqamətində fəaliyyətimizi genişləndirərək,
“Made in Azerbaijan” şüarını qürurla xarici bazarlara çıxarmağı qarşımıza məqsəd qoymuşuq.
İnşaat layihələrinizi yüksək keyfiyyətli və etibarlı izolyasiya və inşaat materialları ilə təmin etmək istəyirsinizsə, sizi Caspian Energy Group ilə əməkdaşlığa dəvət edirik.