Özündən Yapışqanlı Akustik Yumurta Süngər
Poliüretan əsaslı akustik yumurta süngər, xüsusi dalğalı...
Poliüretan əsaslı akustik yumurta süngər, xüsusi dalğalı...
“Texnonikol” markası altında istehsal olunan daş yunu izolyasiya materialı, təbii bazalt mineralından istehsal olunur, ekoloji təmizdir, ətraf mühitə və insan sağlamlığına tam zərərsizdir. Daş yunu izolyasiyası, yüksək effektivliyə malik, yanmaz, istilik və səs izolyasiya materialıdır. İnşaat konstruksiyalarının, döşəmələrin, arakəsmələrin, damın, fasadın və inşaatın digər səthlərinin istilik və səs izolyasiyası məqsədi ilə istifadə olunur. Eyni zamanda tikinti konstruksiyalarının oddan qorunması, həmçinin sendviç panellərin hazırlanmasında istifadə edilir. İstehsal zamanı xüsusi hidrofob maddələrdən istifadə edildiyi üçün, təklif etdiyimiz daş yunu məhsulu nəmdən və sudan qorxmur, su hopdurmur. İstifadə ediləcək yerdən asılı olaraq, müxtəlif sıxlıqlarda istehsal olunur.
URSA TERRA – mineral izolyasiya materialı, istilik ve səs izolyasiyası məqsədi ilə istifadə olunan peşəkar izolyasiya məhsuludur. Plitə və rulon formalarında istehsal olunur. İstehsalı zamanı suqovucu (hidrofob) maddələrlə işlənmiş bu material yüksək istilik izolyasiyası etməklə yanaşı, nəmə dözümlülüyü ilə fərqlənir, nəmi hopdurmur.
URSA GEO – müasir, istilik və səs izolyasiya materialıdır. Xammalından başlamış, hazır məhsula qədər, bütün ekoloji normaları ödəyən URSA GEO şüşə lifi əsasında istehsal olunmuş mineral izolyasiya materialıdır. Yüngül və yanmazdır, döşəkçənin bir üzü alüminium folga ilə örtülmüş halda və rulon şəklində təqdim edilir. İstehsal zamanı hidrofob (suqovucu) qatqılardan istifadə edildiyi üçün su hopdurmur, çürümür. Hər növ metal, taxta və sendvic damlarda istifadə edilən və edilməyən dam aralarında, polad konstruksiyalı sənaye strukturlarında istifadə oluna bilər.
Akustik süngərlər çöldən gələn səsləri qorumaq, mühitdəki yüksək dəyərli səsləri düzgün şəkildə azaltmaq və ya bir çox səsin iç-içə keçə biləcəyi bir sahədə səsi udaraq daha sakit bir mühit yaratmaq üçün istifadə olunur. Bu məhsulu istənilən yerdə təhlükəsiz istifadə edə bilərsiniz. Sağlamlığa heç bir zərəri yoxdur və məhsul heç bir qoxuya məruz qalmır.
Akustik süngər - rulon və lövhə halında istehsal olunur, tamamilə yanmazdır. Yüksək sıxlığı və xüsusi quruluşu hesabına yüksək səs boğuculuq qabiliyyətinə malikdir. Poliuretandan istehsal olunan akustik izolyasiya süngəri səsin izolyasiyası və akustikanın düzgün təşkil olanması tələb olunan bütün sahələrdə istifadə oluna bilər. Əsasən, sənayə tipli obyektlərdə, musiqi salonlarında, səsyazma studiyalarında, generator otaqlarında, idman zallarında, əyləncə mərkəzlərində istifadə edilir.
Alfa akustik səs izolyasiya materialı yüksək keyfiyyətli səs izolyasiyası təmin etmək, İstənilən növ binalar üçün tikinti strukturlarında şok səs-küyünü və vibrasiyanı azaltmaq üçün nəzərdə tutulmuşdur.
Döşəmənin səs izolyasiyası materialı – rulon formasında olan astar, mərtəbələrarası səs izolyasiya məhsuludur. Mərtəbələr arasında yayıla biləcək mexaniki zərbə səslərinin yayılmasının qarışısını alır. 26dB səsin kəsilməsinə nail olunur. Üst alüminium folqa qatının deşilməyə qarşı yüksək möhkəmliyi vardır və alt izolyasiya qatının, sement beton qatqısının verilməsi zamanı nəmdən qorunmasını təmin edir.
Tələb olunan xanaları doldurun və ən qısa zamanda qiymət təklifini əldə edin.