Stekloxolst (şüşə kətan) NG 40
TECHNONICOL NG 40 şüşə lifli malyar holstu divar və tavanların daxili...
TECHNONICOL NG 40 şüşə lifli malyar holstu divar və tavanların daxili...
Fasadda suvaq tətbiq etmədən əvvəl izolyasiya materialının üzərinə quraşdırılır. Beləliklə, suvağın möhkəmliyi əldə olunur. Eyni zamanda, file çatlaqların qarşısını alır, suvağın izolyasiya materialının üstündə möhkəm dayanmasını təmin edir.
"Evroizol" markası altında təqdim etdiyimiz termobaşlıqlı fasad izolyasiya dübeli, birinci sinif plastik dübel və polad mismardan ibarətdir. Dübellər istilik izolyasiyasını (XPS, daş yunu) kərpic, beton, qazobeton kimi daşıyıcı konstruksiyaya montaj edilməsi üçün nəzərdə tutulub.
10sm dəmir mismarlı, 12sm dəmir mismarlı, 16sm dəmir mismarlı olur.
Məhsul molimer modifikası edilmişdir, əlyaf möhkəmlənmə tərkibli və sement əsaslıdır. İzolyasiya lövhələrinin istifadəsi zamanı tətbiq edilən hazır suvaq məhluludur.
Məhsul molimer modifikası edilmişdir, əlyaf möhkəmlənmə qatqılı və sement əsaslıdır. İzolyasiya lövhələrinin istifadəsi zamanı tətbiq edilən hazır suvaq məhluludur.
Setkalı künc profili binaların fasadlarının şaquli və ya üfüqi olaraq istər daxili istərsə də xarici səthlərdə künc hissələrinin düz və möhkəm olmasının təmini üçün nəzərdə tutulmuşdur.
İstilik izolyasiyalı fasadların daha gözə oxşar formada olması üçün istifadə olunan torlu fuqa profil, xüsusi olaraq PVC əsaslı UV şüalarına dayanıqlı məhsuldan istehsal olunur. Müxtəlif növ fasad profilləri istehsal edən "Profil Systems" şirkətinə məxsus olan məhsul fasadlarınızın fərqli və daha gözəl görünməsində yardımçı olacaq.
Pəncərə təmas profili pəncərələrinizdə mükəmməl hermetiklik yaradacaq buda ilk növbədə küləkli havada pəncərələrdəki boşluqlarda yaranan hava axını səsinin qarşısını alaraq evlərinizin daha sakit komfortlu olmasına səbəb olacaq.
Setkalı damlalıq profili üfüqi səthlərdə suya qarşı drenaj yaramaq üçün istifadə olunur. Əsasən pəncərələrdəki üst üfüqi səthlərdə istifadə olunan məhsul digər buna bənzər sahələrdə də istifadə oluna bilər.
"Setkalı deformasiya profili" SFTK sistemlərində termodinamik birləşmələri bitirmək üçün nəzərdə tutulmuşdur. İki fərqli yükdaşıyan strukturun hərəkət və gərginlik zonaları (əyilmə və ya sıxılma) üçün örtük profili kimi istifadə olunur. Deformasiya profili tikinti materiallarının istilik genişlənməsi zamanı baş verən çatlaqların meydana gəlməsindən qorunmaqla fərdi səthləri funksional və estetik cəhətdən birləşdirməyə imkan verir.
TECHNONICOL PU Logicflex mastik universal aşağı modullu poliuretan mastikdir. Mastik hava nəminin qarşılıqlı təsiri ilə polimerləşərək güclü, hava keçirməyən bir əlaqə yaradır. Mastik müxtəlif tikinti substratlarına artan elastiklik və yüksək yapışma qabiliyyətinə malikdir: metal, beton, kərpic, keramika, ağac. Quruduqdan sonra rənglənə bilər. Rəngi boz rəngdədir
"Texnonikol" eyni zamanda geniş çeşiddə hermetiklərin istehsalını da həyata keçirir. Biz "Texnonikol"un Azərbaycandaki rəsmi nümayəndəsi kimi bu hermetiklərin böyük əksərriyətini idxal edirik. "Texnonikol" hermetiklər tərkibinə görə 3 növdə olur: poliuretan, silikon, akrilik əsaslı hermetiklər. Hermetiklər müxtəlif növ çatlar, boşluqlar, birləşmə yerlərinin sudan qorunması üçün istifadə edilir. Müxtəlif təyinatına görə müxtəlif çeşidlərimiz vardır. Sizin sorğunuza daha doğru cavab verə bilməyimiz üçün bizim satış menecerlərimiz ilə əlaqə saxlayın.
Bitumlu mastika "Texnonikol No23" (Fikser) – təkkomponentli, termoelastoplast qatqıların, qarışdırıcının texnoloji əlavələrin qatılması ilə bitumdan hazırlanmış qarışımdır.
TECHNONICOL 240 PROFESSIONAL odadavamlı montaj köpüyü təkmilləşdirilmiş yanğınsöndürmə xüsusiyyətlərinə malik aerozol qablaşdırmada olan birkomponentli poliuretan materialdır. Yanğına davamlılıq həddi yanğın təhlükəsizliyi sahəsində uyğunluq sertifikatı ilə təsdiqlənir və 240 dəqiqəyə çatır. Məhsul rütubətə, qəlibə, çürüməyə qarşı müqavimət göstərir, əksər tikinti materiallarına, o cümlədən yaş materiallara əla yapışır: polistirol köpük, poliuretan, beton, kərpic, plastik, taxta və s. , ,yüksək istilik və səs izolyasiyasına malikdir.
TECHNONICOL PROFESSIONAL poliuretan köpük təmizləyicisi, bir sprey tapancası və ya peşəkar poliuretan köpükləri üçün tapançadan istifadə edərək aerozol qutusundan ayrılan itələyici (yandırıcı qaz) qarışığdır.
ÇİTA Basqı profili – PVC və ya digər polimer membranları, drenaj lövhələrin, bitumlu membranların və digər izolyasiya məhsullarının divar ilə birləşən yerlərində membranları divara sıxmaq və həmin yerdən suyun membranın arxasına daxil olmasının qarşısını almaq məqsədilə istifadə edilir. Basqı nəticəsində membran divara sıxılır və arası hermetik ilə doldurularaq birləşən hissəsinin sağlam olmasına zəmanət verilir.
Profillər aluminium istehsal edilir və 3 metr uzunluğunda olur.
Türkiyə istehsalıdır.
Asqı PİM-i izolyasiya materiallarının düz səthlərə, hər hansı əlavə materiallardan istifadə etmədən quraşdırılması üçün istehsal olunur. Təzyiqə davamlı yapışqanlı köpük qatı izolyasiya PİM-i yapışacağı səthi ilə möhkəm bir bağ yaradır. Şüşə yunu, daş yunu, polyester, poliuretan köpük, mantar izolyasiya məhsulların yapışdırılması üçün istifadə edilir. Təklif etdiyimiz asqı PİM-inin alt sacı galvaniz sacdır, mismarı isə aluminiumdur.
Asqı PİM-lərinin çalışma temperatur aralığı -10°C / +80°C arasındadır.
Yapışmanın möhkəmliyinin təmin olunması üçün yapışacaq səthin temperaturu 10°C yüksək olmalıdır.
4, 6, 8, 10, 12 sm uzunluqlarda olur.
SHİNGLAS mismarı – qabırğalı geniş papaqlı sinklənmiş, 30*3.5 mm xüsusi mismarlardır.
Dacha B - toxunmamış polipropilen parça və funksional polimer örtükdən ibarət iki qatlı buxar maneə materialıdır. İzolyasiyanın istilik izolyasiya xüsusiyyətlərini qoruyur və bütün strukturun xidmət müddətini uzadır.
Yapışqanlı kauçuk köpük bant (conta) xüsusi elastomerik kauçukdan istehsal edilməklə alçıpan profillərinin divarla və alçıpanla birləşən yerlərində titrəşimlərə qarşı əlavə qat olaraq istifadə edilir.
Qara Sadə Plyonka - aşağı və yuxarı sıxlıqlı polietilendən (PE) istifadə etməklə istehsal edilir. İnşaatın və kənd təsərrüfatın müxtəlif yerlərində su izolyasiya, qorunma məqsədləri ilə istifadə edilir. İzolyasiya qatları bir-birinə xüsusi qaynaq aparatları vasitəsi ilə qaynaq olunaraq, birləşdirilir və vahid izolyasiya qatı yaradır.
Защищает строительные конструкции и теплоизоляционный слой от воздействия ветра, влаги и пара. В основном применяется в вентилируемых фасадных системах путем нанесения поверх утепляющего слоя.
Küləkdən nəmə davamlı yanmaz tikinti membranı MSV-NG - izolyasiya qatının külək və sudan qorunması üçün asma fasad sistemlərində və havalandırılan fasadlarda istifadə olunur. Belə bir membran izolyasiyanın özünün liflərinin aşınmasının qarşısını alır. Membrandan istifadə etmədən, izolyasiyanın səthi daimi aerodinamik təsirə məruz qalır ki, bu da son nəticədə izolyasiya lifinin kiçik hissəciklərinin havaya, eləcə də istifadə olunan binanın içərisinə daxil olmasına səbəb ola bilər.
TEXNONİKOL ALFA VENT 95 C – nəmdən qoruma imkanı yaradan, buxarkeçirici, küləkdən müdafiə membranıdır. ALFA VENT 95 - izolyasiyası və inşaat konstruksiyalarını nəmin və küləyin dağıdıcı təsirindən qoruyur. Membran, buxarın, istilik izolyasiyasından xaric olunmasına imkan yaradır. Cəphə sistemlərində, istilik izolyasiyasına çöl tərəfdən birbaşa birləşdirilir. Dam sistemlərində isə 35˚-dən yuxarı bucaq altında olduqda, tətbiqinə icazə verilir və ventilyasiya aralığı buraxılmaqla, quraşdırılmalıdır.
TEXNONİKOL ALFA BARYER 2.0 – buxardan qoruma membranı, istilik izolyasiyası və inşaat konstruksiyalarının buxarın və nəmin təsirindən qoruma məqsədi ilə istifadə olunur. Membran, istilik izolyasiya qatını qorumaqla, onun xüsusiyyətlərinin saxlanılmasını təmin edir, beləliklə bütövlükdə inşaatın ömrünü uzadır. Material, istilik izolyasiya qatının altına, binanın daxilində quraşdırılır, beləlik buxarın istilik izolyasiya qatına hopmasının qarşısını alır
Bütün növ dam örtüklərinin, tavanların, döşəmələrin, siding və karkas divarların izolyasiyasında istifadə olunur.
Bütün növ dam örtüklərinin, tavanların, döşəmələrin, siding və karkas divarların daxildən universal buxar və su izolyasiyası kimi istifadə oluna bilər.
Dacha B - toxunmamış polipropilen parça və funksional polimer örtükdən ibarət iki qatlı buxar maneə materialıdır. İzolyasiyanın istilik izolyasiya xüsusiyyətlərini qoruyur və bütün strukturun xidmət müddətini uzadır.
Materialın yüksək elastikliyi və gücü əhəmiyyətli mexaniki yüklərə tab gətirməyə imkan verir. Kif və bakteriyalara qarşı davamlıdır. İzolyasiyanın istilik izolyasiya xüsusiyyətlərini qoruyur və bütün strukturun xidmət müddətini uzadır.
Nicoband lenti – 3 qatlı universal hermetizasiya və hidroizolyasiya lentidir. 5 rəngdə istehsal edilir və üstü xüsusi folqa və günəş işıqlarına (UV) dayanıqlı halda istehsal edildiyi üçün həm daxili, həm də çöl şəraitində istifadə edilə bilir. Müxtəlif çatlarının, su sızıntılarının və deşiklərin qapadılması, hermetizasiya edilməsi, örtülməsi üçün unikal bir məhsuldur. Əsasən, dam örtüklərinin təmiri, vurulması, montajı; ara boşluqların, onların birləşən yerlərinin qapanması, xarab olmuş yerlərinin bərpası və novların qurulması zamanı istifadə olunur.
Aliminium Yapışqanlı Folqa – daha çox havalandırma kanallarının izolyasiyasında istifadə olunur. Yapışqanlıdır.
Akrilik əsaslı, bentonitsiz şişkinlik lentidir. Bütün növ binaların tikinti birləşmələrində, döşəmə və divarlarda boru keçidlərinin kipləşdirilməsində istifadə edilir.
PVC xarici künclər yüksək keyfiyyətli polivinilxloriddən hazırlanır, hava şəraitinə və ultrabənövşəyi radiasiyaya davamlıdır. LOGICROOF və ECOPLAST PVC membranları ilə birlikdə istifadə olunur. İsti havadan istifadə edərək membrana homojen şəkildə qaynaqlanır.
PVC daxili və xarici künclər yüksək keyfiyyətli polivinilxloriddən hazırlanır, hava şəraitinə və ultrabənövşəyi radiasiyaya davamlıdır. LOGICROOF və ECOPLAST PVC membranları ilə birlikdə istifadə olunur. İsti havadan istifadə edərək membrana homojen şəkildə qaynaqlanır.
PVC voronka təmir zamanı damdakı mövcud drenaj magistralına tez quraşdırmaq üçün istifadə olunur. PVC voronka gövdəsi PVC membranı su izolyasiya təbəqəsinə qaynaq edərək daha sürətli quraşdırmaya imkan verir və bununla da möhkəm və sıx birləşməni təmin edir.Voronka təbəqə tutucu ilə təchiz edilmişdir.
Tələb olunan xanaları doldurun və ən qısa zamanda qiymət təklifini əldə edin.