"Primer Prof Praymer Tezquruyan" qaynaqlanmış dam örtüyü və hidroizolyasiya materiallarının, çevik plitələrin ən yaxşı yapışmasını təmin etmək, həmçinin örtüklü hidroizolyasiya mastikalarının işlənmiş səthinə yapışmasını yaxşılaşdırmaq üçün istifadə edilən ideal məhsuldur.
Üstünlükləri:- İstifadəyə hazır məhsul (Qatqı əlavə etməyə gərək yoxdur).
- Çox az istifadə miqdarı.
- Mənfi temperaturda istifadə olunur.
- Bitumlu və bitum-polimer materiallara uyğundur.
Saxlama qaydası:Məhsul -30ºС-dən +50ºС-ə qədər olan temperaturda qızdırıcılardan uzaq, birbaşa günəş işığından uzaq yerdə saxlanmalıdır. Saxlama müddəti istehsal tarixindən 36 ay müddətə qədərdir.