Qara Sadə Plyonka - aşağı və yuxarı sıxlıqlı polietilendən (PE) istifadə etməklə istehsal edilir. İnşaatın və kənd təsərrüfatın müxtəlif yerlərində su izolyasiya, qorunma məqsədləri ilə istifadə edilir. İzolyasiya qatları bir-birinə xüsusi qaynaq aparatları vasitəsi ilə qaynaq olunaraq, birləşdirilir və vahid izolyasiya qatı yaradır.
Əsas istifadə yerləri:
– su hövzələri, su anbarları, süni göllərin salınması
– avtomobil yolları tunellərinin salınmasında
– tullantı anbarlarının salınmasında
– damların izolyasiyasında
– kimyəvi elementlərin, radioaktiv elementlərin, neft tullantılarının toplanması məqsədi ilə anbarların salınmasında
– təmək hidroizolyasiyasında
– neft rezervuarlarının izolyasiyasında
– yol salınmasında