Meşkovina təbii xammaldan hazırlanmış, yüksək möhkəmliyə və davamlılığa malik texniki örtük materialıdır. Tikinti sahəsində geniş istifadə olunur və xüsusilə beton işlərində mühüm rol oynayır.
İsti hava şəraitində betonun sürətlə qurumasının qarşısını almaq üçün onun üzəri meşkovina ilə örtülür və nəmləndirilir. Bu üsul betonun optimal rütubət balansını qoruyur, nəticədə çatların yaranma riskini azaldır və materialın keyfiyyətini artırır.
Meşkovina həmçinin betonun bərkimə prosesini stabilləşdirir və uzunömürlülüyünü təmin edir. Bundan əlavə, məhsul asfalt işlərində də effektiv şəkildə istifadə olunur.
Tələb olunan xanaları doldurun və ən qısa zamanda qiymət təklifini əldə edin.